Paytaxtın Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən “Jalə” kafesində qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Müəssisədə çirkli suların birbaşa mərkəzi kanalizasiya sisteminə axıdıldığı, mətbəxdə ayrıca yuma sahəsinin mövcud olmadığı və havalandırma sisteminin quraşdırılmadığı, eləcə də işçi heyətinin tibbi müayinədən keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Obyektin fəaliyyəti dayandırlıb. Rəhbərlik məsuliyyətə cəlb olunub.
[caption id="attachment_32828" align="alignnone" width="968"]
Foto AQTA-nın rəsmi səhifəsi[/caption]