Bakıda oğurluq edən şəxsin üzərində narkotik maddələr aşkarlanıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 6 iyun tarixində xəbər verir.
İyunun 4-də Yasamal rayonunda paytaxt sakini M.İsmayılovun, içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Talıbov saxlanılıb.
Onun idarə etdiyi “Ravon” markalı avtomobilə keçirilən baxış zamanı oradan heroin və metamfetamin də aşkar edilərək götürülüb.