Suraxanı rayonu yeni Ramana qəsəbəsində yerləşən “Akasiya” şadlıq sarayı cərimələnib. Bu haqda bu gün, 1 noyabr tarixində Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Müəssisədə pandemiya dövrünün tələblərinə riayət olunmadığı məlum olub. İşçilər fərdi qoruyuculardan istifadə etmirdi.
Bununlar bağlı rəhbərlik məsuliyyətə cəlb olunub.
Bundan əvvəl, 20 oktyabr tarixində Xətai rayonunda yerləşən “Afrodita” şadlıq sarayı cərimələnmişdir.