Polis azyaşlılara spirtli içki və tütün məmulatlarının satışının qarşısının alınması məqsədilə Sabunçu rayonunda reyd keçirib. Bu haqda bu gün, 26 may tarixində APA məlumat yayıb.
Rayon ərazisində Baş İctimai Təhlükəsizlik İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 2 mağazada satıcıların yeniyetmələrə tütün məmulatları satması müəyyən edilib.
Həmin satıcılara qarşı “Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə” maddəsinə əsasən inzibati cərimə tətbiq edilib.