"Buta Airways" iyuldan Bakı-Alanya reyslərinin sayını artıracaq. Bu haqda 7 aprel tarixində Bakuplus.az məlumat verir.
"Buta Airways" Bakıdan Türkiyənin kurort bölgəsi - Alanyaya uçuşların sayını artıracaq. Hazırda Alanyaya uçuşlar həftədə 2 dəfə - cümə axşamı və şənbə günləri həyata keçirilir. İyul ayından etibarən isə reyslər gündəlik təşkil olunacaq.