Zığ şosesində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Zığ dairəsi yaxınlığında yeni yerüstü piyada keçidinin inşa edilməsi ilə əlaqədar şosenin həmin hissəsində 16 dekabr saat 22:00-dan növbəti gün səhər saatlarına qədər hərəkət qismən məhdudlaşdırılacaq.
Bununla bağlı həmin ərazidən keçən sürücülərdən diqqətli olmaları xahiş olunur.