Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 6 iyun tarixində Oxu.az məlumat verib.
Belə ki, 15 yaşlı Fatimə Kərimova 3 iyun tarixində evdən çıxaraq geri qayıtmayıb.
Hadisə ilə bağlı qızın anası 15-ci Polis Bölməsinə müraciət edib. Yeniyetmə qızın tapılması istiqamətində axtarış işləri aparılır.