Bakının Xətai rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 14 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin xarici divarında quraşdırılan elektrik lövhəsində 9 ədəd qoruyucu açar və 3 p.m kabel yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.