Bakının Xətai rayonu, 165 saylı körpələr evi-uşaq bağçasında uşaqların həyatı təhlükə altındadır.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, bağçanın həyəti kanalizasiya suları altında qalıb:
"Neçə vaxtdır ki, ərazidə boru partlayıb, kanalizasiya suları uşaq bağçasının həyətinə dolub. Valideynlər və bağça rəhbərliyi dəfələrlə müvafiq qurumlara şikayət etsə də, baxan yoxdur. Antisanitar vəziyyət baş alıb gedir, azyaşlıların həyatı ciddi təhlükə altındadır".