Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 4 ünvanında ting paylama aksiyası keçiriləcək. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
“Bir ağac – min nəfəs” layihəsi çərçivəsində keçirilən aksiyada tullantıları, plastik (minimum 10 litr həcmində), şüşə (minimum 5 litr həcmində), kağız və ya işlənmiş batareya (minimum 3 ədəd) təhvil verərək əvəzində ting əldə etmək mümkündür.
Tədbir 26 noyabr saat 16:00-da “Bravo Əhmədli”də başlayacaq.