Paytaxtın Xətai rayonunda marketdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Xətai rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Əliəsgər İsmayılov adıçəkilən rayonda yerləşən mağazaların birinin kassasından 1000 AZN pul oğurlamaqda şübhəli bilinir. Onun bundan əlavə də oğurluqlar etdiyi ehtimal olunur.
Faktla bağlı cinayət işinə başlanılıb.