Xətai rayonunda yerləşən iaşə obyektində qanun pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Adıçəkilən rayonun NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində fəaliyyət göstərən obyektdə aöarılan yoxlamalar zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida obyektində təmizlik işlərinin aparılmadığı, eləcə də mətbəx sahəsində havalandırma sistemi quraşdırılmadığı, qida məhsullarının, əllərin ayrıca yuyulması üçün müvafiq şəraitin təşkil edilmədiyi aşkarlanıb.
Qanun pozuntuları ilə bağlı obyektin fəaliyyəti dayandırılıb, sahibkar məsuliyyətə cəlb olunub.
[caption id="attachment_146105" align="alignnone" width="640"]
Foto AQTA[/caption]