Payaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 3 saylı təcridxanaya narkotik keçirmək istəyiblər. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Saatlı rayon sakini Zərqələm Cəfərova həbsdə olan oğlu Nicat Cəfərova sovqat gətirib. Yoxlama zamanı oradakı idman şalvarının yan cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,036 qram heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.