Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində evlərdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini X.Cəbiyev rayon ərazisində yerləşən 2 evdən ümumilikdə 3200 AZN dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.