Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Əmək yarmarkası çərçivəsində “AL Market” MMC-də müdir müavini və satıcı-kassir vakansiyaları üzrə işə qəbul təşkil olunacaq.
Yarmarkada iştirak etmək istəyənlər şəxsiyyət vəsiqəsi və CV ilə birlikdə Xəzər rayon Gənclər Evinə yaxınlaşa bilərlər.
Tədbir 18 noyabr saat 10:00-13:00 aralığında keçiriləcək. Ünvan: A.İldırım küçəsi, 1-ci dalan 5B.