Bakıda hava limanı yolunda piyada keçidinə ehtiyac var. Bu haqda 1 noyabr tarixində Milli.az xəbər verib.
Binə Atçılıq yaşayış massivində avtomobillər saatda 110 km-dən artıq sürətlə hərəkət edir. Yolun hər iki tərəfində sıx məskunlaşma var. Bu ərazidə iki böyük supermarket, bir neçə zəruri iaşə obyektləri və Binə Atçılıq Mərkəzi yerləşir. Lakin hava limanı yolda piyada keçidi mövcud deyil. Piyadalar həyatlarını riskə atıb bu yoldan keçməyə məcbur olurlar.
Sakinlər bildirirlər ki, ora ən yaxın keçid təxminən 1 km. məsafədə yerləşir. Onlar istəyirlər ki, həmin ərazidə piyada keçidi inşa edilsin.
Bakı Nəqliyyat Agentliyi bildirib ki, qeyd olunan məntəqədə piyada keçidinin təşkilinə dair təkliflər hazırlanaraq müvafiq qurumlara təqdim olunub.