Bakıda gənc oğlanı küçədə bıçaqlayan şəxs saxlanılıb. Bu haqda BakuPlus.az Lent.az-a istinadən bu gün, 22 oktyabr tarixində xəbər verir.
Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi tərəfindən əməliyyat tədbirləri keçirilib. Nəticədə hadisəni törədən Taleh Əliyev saxlanılıb.
Məlum olub ki, o, bıçaqladığı Əli Ağayevə özünü Fuad kimi təqdim edib.