Bakının Yasamal rayonunda zərcirvari qəza baş verib. Bu haqda məlumatı Bakuplus.az bu gün, 24 fevral tarixində Apa.az-a istinadən verir.
Hadisə 20 Yanvar dairəsində qeydə alınıb. “KamAZ” markalı yük maşınının sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman yük maşınının əyləcində nasazlıq yaranıb. İdarəetmədən çıxan “KamAZ” əvvəlcə “Toyota” markalı avtomobilə çarpılıb, daha sonra “Nissan” və “Hyundai”a dəyən yük maşını yol ayırıcı betona çarpılaraq dayanıb.
Hadisəyə səbəb “KamAZ”ın əyləc blokunun partlaması olub. Qəza nəticəsində “Toyota” markalı avtomobilinin sərnişini xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
[URIS id=91821]