Bakının Yasamal rayonunda yerləşən “Zefir Mall”da uşaqlar üçün 18 və 19 fevral tarixlərində master-klaslar təşkil olunacaq. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az məlumat verir.
18 fevral tarixində üç ustad dərsi nəzərdə tutulub: Minitort hazırlanması, Bean Art (taxıldan və lobyadan ibarət olan rəsmlər) və gips fiqurlarının rənglənməsi.
19 fevral tarixində slaym və yeməli çiçək hazırlanması üzrə ustad dərslər baş tutacaq.
Master-klasların qiyməti 10 manatdan 14 manata kimi təşkil edir. Dərslər saat 15:00-dan saat 19:00-a kimi keçirilir.