top
Tofiq Bəhramovun nəvəsi: “Gedəndə dedi ki, nəvələrim pəncərədən əl eləsin”
29 yanvar 2025, 01:23
- +

Tofiq Bəhramovun nəvəsi: “Gedəndə dedi ki, nəvələrim pəncərədən əl eləsin”

Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun 100 yaşı tamam olur.

Bakuplus.az bu münasibətlə görkəmli hakimin nəvəsi Tofiq Bəhramovla əlaqə saxlayıb, o, babası ilə bağlı xatirələrini bölüşüb.

Tofiq Bəhramov deyib ki, babası meydanda nə qədər sərt insan təsiri bağışlasa da, evdə bir o qədər mülayim, mehriban insan olub: “Biz bir yerdə yaşayırdıq. Mən baba evində anadan olmuşam. Babam işdən sonrakı vaxtını, istirahət günlərini daha çox nəvələrinə həsr edərdi. Biz Dənizkənarı Bulvarın yanında qalırdıq, axşamlar hər gün gəzintiyə çıxırdıq. Hər gün də bizə xeyli insan yaxınlaşırdı, salam verirdi, hal-əhval tuturdu. Ola bilsin ki, meydanda sərt insan təsiri bağışlayıb, amma evdə mülayim idi, uşaqla uşaq, böyüklə də böyük kimi davranırdı”.

Tofiq Bəhramovun sözlərinə görə, babası üçüncü infarktdan bir neçə gün sonra dünyasını dəyişib: “Heç yadımdan çıxmaz, onu evdən indiki Mərkəzi Xəstəxanaya aparanda dedi ki, biz aşağıda olanda nəvələrim pəncərədən əl eləsin. Biz üçüncü mərtəbədə qalırdıq. Çıxdıq, ona əl elədik. Bir-iki gün sonra isə rəhmətə getdi”.

Onun bildirdiyinə görə, hakim Tofiq Bəhramovun dəfnində izdiham yaşanıb.

Tofiq Bəhramov bildirib ki, bu gün də babasının xatirəsinə olan yüksək diqqət və ehtiram onu tam qane edir və sevindirir: “Ailəmiz də həmişə diqqət və qayğı görüb”.

Nəvə Tofiq Bəhramov gömrük orqanında çalışsa da, oğlu futbolçudur: “Oğlum Bəhram Bəhramov “Zirə” futbol klubunun 13 yaşlılardan ibarət komandasında oynayır. 7 ildir ki, futbolla məşğuldur. Qismət olsa, gələcəkdə bu sahədə ciddi uğurlar qazanar”.

Son xəbərlər

Xəbər
Bu gün, 15:30

General Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olundu

Xəbər
Bu gün, 14:30

Bakıda 31 yaşlı kişi bıçaqlandı

Xəbər
Bu gün, 13:30

Uşaq intim videolarını yayan şəxs belə cəzalandırıldı

Xəbər
Bu gün, 13:11

Yuri Vernidub: "Neftçi"yə yalnız çempionluq yaraşır"

Xəbər
Bu gün, 12:30

Baş məşqçi: "Şəhər üzrə cəmi iki idman məktəbi varsa, həndbolçular haradan çıxsın?!"

Xəbər
Bu gün, 11:33

Partlayışa görə məhkum edilən menecer azad edildi

Xəbər
Bu gün, 10:50

Bakıda avtobus sürücüsünü döyən şəxsə hökm oxunub

Xəbər
Bu gün, 09:53

"Sabah" "Turan Tovuz"a, "Zirə" "Şamaxı"ya qarşı

Xəbər
Dünən, 18:00

Bakıda fərqli ünvanlardan 2 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 17:20

Tüstüdən zəhərləndi, öldü

Xəbər
Dünən, 16:21

İsa Həbibbəyli: "Ramiz Mehdiyevin hərəkətləri onun AMEA-nın həqiqi üzvü kimi qalmasına imkan vermir"

Xəbər
Dünən, 15:30

Bakıda qadınlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 14:30

21 yaşlı gənc sevgilisinin işlədiyi marketi qarət etdi

Xəbər
Dünən, 14:16

"İcazə olmasaydı, heç kim heç yerə gedə bilməzdi" - "Neftçi"nin yeni baş məşqçisi

Xəbər
Dünən, 13:30

İş yoldaşının başına stəkanla vurub öldürdü

Xəbər
Dünən, 13:04

Sabah hava küləkli və yağışlı olacaq

Xəbər
Dünən, 12:50

Aqarunovun qardaşı vəfat edib

Xəbər
Dünən, 11:50

Bakıda ata sərbəst yaşamaq istəyən qızını döydü

Xəbər
Dünən, 10:50

Prezident Ümummilli Liderin məzarını ziyarət edib

Xəbər
Dünən, 10:30

Nəriman Həsənzadə palataya köçürülüb, səhhəti yaxşılaşır

Xəbər
Dünən, 09:32

Töhmət alan Rafael Hüseynov istefa verir?

Xəbər
Dünən, 00:14

Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:01

Ulu Öndərin anım günüdür

Xəbər
11 dekabr 2025, 19:09

"Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm" - Bakı məhkəməsində qeyri-adi hadisə

Oxşar xəbərlər