Paytaxtın Binəqədi rayonunda qadından oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Qurbanov bir qadının içərisində pulu olan pulqabısını və qızıl-zinət əşyalarını zorla oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.