Bakının Binəqədi rayonunda evlərin birində oğurluq edilib. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi qəsəbəsində yerləşən evlərin birindən seyfdən 7500 manat pul və 17.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Binəqədi RPİ 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.