top
Həftəlik bürclər 17 APREL - 23 APREL
16 aprel 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 17 APREL - 23 APREL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Bu həftə maddi qazanc əldə edəcəksiniz, əvvəl uzun müddət üzərində işlədiyiniz layihələrin nəticələrinə görə vacib görüşlər keçirə və qərarlar qəbul edə bilərsiniz. Bir müddətdir davam edən maliyyə ilə bağlı qeyri-müəyyənliklər birdən bitə bilər. Ancaq şəxsi həyatınızda gərginlik yaşaya bilərsiniz: xüsusən çərşənbə günündən sonra yaxın insanla fikir ayrılığı, hətta dava baş verə bilər. Həftəsonu stresdən azad olmağa çalışın, yoxsa gələn həftə işiniz düz getməyəcək, problemlər yaşayacaqsınız. Uğurlu günləriniz 17, 19 aprel, uğursuz gününüz isə 22 apreldir.

BUĞA bürcü


Bu həftə fərdi qərarlarınızın ön plana çıxdığı bir dövrə qədəm qoyursunuz. İllərdir yaratdığınız komfort zonasından çıxmaq məcburiyyəti ilə qarşılaşacaqsınız. Bu dövrdə həm sevgi münasibətlərinizdə, həm də dost çevrənizdə dəyişikliklər olacaq. Bu günlərdə hər zaman olduğundan daha çox insanla ünsiyyətdə olacaqsınız. Sizə kim rahatlıq bəxş edirsə, onlarla daha çox vaxt keçirin, neqativ insanları özünüzdən kənarlaşdırın. Həftəsonu gözləmədiyiniz yerdən perspektivli iş təklifi gələ bilər. Uğurlu günləriniz 18, 21 aprel, uğursuz gününüz isə 20 apreldir.

ƏKİZLƏR bürcü


İş və əyləncə arasında tarazlıq tapmaq sizin üçün daimi başağrısıdır. Lakin bu həftə iş həyatınız mütləq ön planda olmalıdır. Təkcə karyeranızda deyil, həm də gündəlik iş prosesində hərəkətlilik olacaq. Hazırda uğur hiss edə bilməsəniz belə, bu həftə gələcək həyatınızda mühüm məqamların başlanğıcı olacaq. Bir müddətdir sizi incidən və gündəlik həyatınızda sizə rahatlıq verməyən bəzi qayğılarınızdan və ya maliyyə yükündən azad ola biləcəksiniz. Uğurlu günləriniz 20, 21 aprel, uğursuz gününüz isə 18 apreldir.

XƏRÇƏNG bürcü


Xərçənglər azad olmağı və münasibətlərdə özlərini müstəqil hiss etməyi sevirlər: onlara çox bağlılıq olmadan asan sevgi lazımdır. Bu həftə isə münasibətdə olan Xərçəngin başı ağrıyacaq: qarşı tərəfin “Nə vaxt evlənirik?”, “Nə vaxt münasibətimiz barədə valideynlərimizə bildirəcəyik?” və buna oxşar suallarından bezəcəksiniz. Həmçinin iki seçim arasında qala bilərsiniz: ya karyera, ya da sevgi. Sizin düzgün seçiminiz gələcəyə təsir edəcək. Həftəsonu pulunuzdan muğayat olun: pulqabınızı itirə və ya işdə cərimə ala bilərsiniz. Uğurlu günləriniz 17, 23 aprel, uğursuz gününüz isə 19 apreldir.

ŞİR bürcü


Karyeranızda dönüş nöqtəsi yaşayacağınız günlərdən keçirsiniz. Əgər beynəlxalq əlaqələri olan mühüm bir şirkətdə işləyirsinizsə, karyeranızda yüksəliş gözlənilir. Xəyallarınızın qarşısında çətinliklərin olduğunu anlayacaqsınız, amma nə qədər mürəkkəb də olsa, həmin çətinliklərdən başıuca çıxacaqsınız. Həftənin ortasında planlarınız və layihələrinizlə bağlı arxada iş çevirən insanlardan ehtiyatlı olmalısınız: sirlərinizi heç kimə açmayın, yoxsa gələcəkdə sizə qarşı istifadə edəcəklər. Uğurlu günləriniz 18, 22 aprel, uğursuz gününüz isə 17 apreldir.

QIZ bürcü


Uzun bir səyahət planınız varsa, bunu reallaşdıra bilərsiniz. Karyeranızdakı qeyri-müəyyən məqamlar bu həftədən etibarən həllini tapa bilər. Açıq düşmənlərinizlə üz-üzə gələ biləcəyiniz bir həftə olacaq. Eləcə də bu həftə ürəyinizi dolduracaq bir sevgi yaşaya bilərsiniz: təsadüfi tanışlıq büyük eşq hekayəsinə çevrilə bilər. Həftəsonu diqqət mərkəzində olacaqsınız: hamı sizdən danışacaq. Uğurlu günləriniz 20, 22 aprel, uğursuz gününüz isə 19 apreldir.

TƏRƏZİ bürcü


Bu həftə sizi qısa səfərlər, çoxlu telefon danışıqları və müqavilələr gözləyir. Sevgi cəbhəsində bəxtiniz gətirmir: qarşınıza avaralar, fırıldaqçılar, yalançılar çıxırlar. Lakin bu həftə qarşınıza sizə dayaq olacaq, sizi sevəcək və xoşbəxt edəcək biri çıxacaq. Təhsil sahəsində, hüquqi məsələlərdə yad insanlar və ya qohumlarınız gizli düşmənçilik göstərə bilərlər: çalışın, planlarınız haqqında heç kimə deməyin. Həftəsonu qalmaqalın mərkəzinə düşəcəksiniz: yaxın dostunuz buna səbəbkar olacaq. Uğurlu günləriniz 17, 22 aprel, uğursuz gününüz isə 23 apreldir.

ƏQRƏB bürcü


Bu bürcün nümayəndələri üçün həftə uğurlu olacaq: işləri irəli gedəcək, bizneslə məşğul olanlar üçün əla fürsətlər yaranacaq. İş axtaran Əqrəblərin üzləri güləcək: qarşınıza perspektivli karyera vəd edən elan çıxacaq, bu şansı əldən buraxmayın və mütləq müsahibəyə gedin. Həftənin ortası emosional keçəcək: yaxınlarınızla mübahisələr, anlaşılmazlıqlar yarana bilər. İşlər gözlədiyiniz kimi getməyəcək, lakin həftəsonuna qədər hər şey yoluna düşəcək. Uğurlu günləriniz 18, 23 aprel, uğursuz gününüz isə 17 apreldir.

OXATAN bürcü


Dəyişiklik vaxtıdır: siz işinizi dəyişməyə, yeni maraqlı insanlarla tanış olmağa və ya təhsil almağa vaxt ayıra bilərsiniz. Bəlkə də yaşayış şəraitini yaxşılaşdırmaq üçün əlavə şansınız olacaq: onu əldən verməyin. Ətrafınızda etibarsız insanlar ola bilər, ona görə də işlərinizi müzakirə etməməyə çalışın. Həmçinin bu həftə maliyyə layihələrini həyata keçirmək üçün yaxşı vaxt deyil. Həftəsonu ağlınızdan belə keçirmədiyiniz insana qarşı hissləriniz yarana bilər: bəlkə ürəyinizin qapısını açmaq vaxtıdır? Uğurlu günləriniz 17, 21 aprel, uğursuz gününüz isə 22 apreldir.

OĞLAQ bürcü


Bu həftə Oğlaq çox emosional olacaq, bu da yaxınları ilə münasibətlərə təsir edəcək. Həftənin ortasında əlavə gəlir imkanları yaranacaq: iş şəraitinin yaxşılaşdırılması və rəhbərliyin dəstəyi istisna edilmir. Uğurlu alış-veriş, əmlak və maliyyə məsələləri həll oluna bilər. Həftənin sonunda emosional disbalans, şübhə və qısqanclıq hiss edəcəksiz: sevgilinizlə münasibətinizi korlamaq riski böyükdür. Uğurlu günləriniz 19, 20 aprel, uğursuz gününüz isə 23 apreldir.

DOLÇA bürcü


Həftə çoxlu xoş anlar gətirəcək: risk etməkdən çəkinməyin. Karyera yüksəlişi, uğurlu alış-veriş mümkündür. İş axtaranlar da sevinəcəklər: köhnə tanışınızdan təklif ala bilərsiniz. Həftəsonu aylardır gözlədiyiniz xoş xəbər eşidəcəksiniz və möcüzəyə inanmağa başlayacaqsınız. Üzünüzə gülüb, arxanızca iş görən biri var: o, sizə zərbə vurmağı planlaşdırır, lakin vaxtında onu tapıb zərərsizləşdirsəniz, təhlükəni dəf etmiş olacaqsınız. Uğurlu günləriniz 18, 21 aprel, uğursuz gününüz isə 19 apreldir.

BALIQLAR bürcü


Bu həftə işləriniz başınızdan aşacaq və şəxsi həyata vaxt qalmayacaq. İşdə çox məşğul olacaqsınız, ancaq hər şeyin öhdəsindən gələcəksiniz və sonda müdiriyyət tərəfindən qiymətləndiriləcəksiniz. Həmçinin paxılların diqqətini özünüzə çəkəcəksiniz: onlar çalışacaqlar ki, əhvalınız pozulsun, lakin buna nail ola bilməyəcəklər və sonda partlayacaqlar. Subay Balıqlar, axır ki, subaylıq daşlarını atacaqlar: Əkizlər, Tərəzi və Dolça bürclərindən birinin nümayəndəsi tərəfindən evlilik və ya münasibətə başlamaq təklifi gələcək. Uğurlu günləriniz 20, 23 aprel, uğursuz gününüz isə 17 apreldir.

Son xəbərlər

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Oxşar xəbərlər