top
212 saylı məktəbin direktoru valideyni döyməkdə ittiham olunur – ŞİKAYƏT
24 yanvar 2025, 06:42
- ↺ +

212 saylı məktəbin direktoru valideyni döyməkdə ittiham olunur – ŞİKAYƏT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdi Məmmədxan Markovun anası təhsil ocağının direktoru Sevil Cavadova tərəfindən hücuma məruz qaldığını bildirib.

Bununla bağlı valideyn Hüseynova İlahə Elman qızı bakues.az-a müraciət edib.

Şikayətçinin sözlərinə görə, hadisə 23 yanvar səhər saatlarında baş verib.

Belə ki, o, övladının sinif rəhbərinin çağırışı ilə bəzi müəllimlərin oğlundan şikayəti əsasında təhsil ocağına dəvət olunub. Dəhlizdə oğlunun sinif rəhbəri Nüşabə Qasımova ilə üzləşən valideyn şikayətçi tərəflərin iştirakı ilə direktorun otağında görüşmək istədiyini bildirib. Sinif rəhbəri vaxtının olmadığını və işlərinin çoxluğunu əsas gətirərək oradan uzaqlaşıb. Bundan sonra valideyn məktəbin direktoru Cavadova Sevil Eyvaz qızının otağına yaxınlaşıb.

Valideyn iddia edir ki, otaqdan çıxan direktor onun qolundan tutaraq səs-küy yaratmaqla onun sakitliyinə mane olduğunu bildirib və onu itələməyə başlayıb:

“Direktor daha sonra mühafizəçini çağıraraq məni itələyə-itələyə birlikdə məktəbdən çıxartdılar. Bundan sonra 102-ə zəng edərək direktor tərəfindən hücuma məruz qaldığımı bildirdim. Bunu eşidən direktor yenidən mühafizəçi ilə məktəbin həyətində mənə doğru gəldilər və məni vura-vura məktəbin həyətindən də çıxartdılar. Məktəb direktoru mənə hədə-qorxu gələrək “Məni başqa direktorlarla səhv salma” sözünü dedi. Məktəbdən çıxandan sonra 17-ci polis bölməsinə yaxınlaşaraq şikayət ərizəsi ilə müraciət etdim”.

Valideyn İlahə Hüseynov bildirib ki, oğlunun hiperaktiv olması və məktəbdə davranış qaydalarına əməl etməməsi ilə bağlı məktəbdən bir neçə dəfə ona şikayət edilib.

“Oğlum Markov Məmmədxan Alekseyeviç 212 nömrəli məktəbin 7-ci sinif şagirdidir. Mənim heç bir müəllim və valideynlə problemim olmayıb. Problemli valideyn olmadığıma görə sinif rəhbərinin məsləhətinə əməl edərək, uşağımı Neftçilər Xəstəxanasına apardım və həkim müayinəsindən keçdi. Həkim uşağımın sağlam olduğunu və dərman kimi yalnız “Valerian” yaza biləcəyini qeyd etdi. O, diaqnoz yazmaqdan imtina etdi. Mən həkimin cavabını sinif rəhbərinə atdım. Halbuki sinif rəhbəri həkimi diaqnoz yazmamaqda günahlandırdı”, – deyə Məmmədxanın anası qeyd edib.

Valideyn iddia edir ki, məktəb rəhbərliyi onun oğlunu məktəbdən çıxarmaq üçün bu cür qərəzli münasibət sərgiləyir.

Daha ətraflı videomaterialda:

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər