top
“517” nömrəli avtobus niyə dayanacaqlarda SAXLAMIR? – Masazır sakinlərinin marşrut dərdi 
24 dekabr 2024, 06:01
- ↺ +

“517” nömrəli avtobus niyə dayanacaqlarda SAXLAMIR? – Masazır sakinlərinin marşrut dərdi 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonu, Xırdalan ərazisindən Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış massivi istiqamətində hərəkət edən 517 nömrəli marşrut xəttindən şikayət var.

Bakuplus.az-a müraciət edən sakinlərin sözlərinə görə, sürücülər plan əsasında işlədikləri üçün kefləri istəyən qaydada hərəkət edirlər.

Məlumata görə, avtobus sürücüləri marşrutun hərəkət istiqamətini dəyişir və bir çox sərnişin bundan narazıdır.

“Sürücülər avtobusu istədikləri şəkildə idarə edir. Əslində  bu marşrutun Masazır dairəsində dayanacağı var. Ancaq sürücülər həmin dayanacağa daxil olmur. Xırdalan qəbiristanlığının qarşısındakı dayanacaqdan sonra birbaşa Masazır körpüsü ilə hərəkət edirlər və bir də “Mətanət A” şirkətinin yanında saxlayırlar. Çox zaman isə Bakı-Sumqayıt şosesində qəza vəziyyəti yaradır, Masazır dairəsinə ayrılan yerdə saxlayır və ora getmək istəyən sərnişinləri düşürürlər. Sonuncuların haqlı narazılığı isə kobudluq və aqressiya ilə qarşılanır. Buna görə insanlar orada düşərək uzun yolu piyada getməli olurlar. Bu isə onların həyatı üçün ciddi təhlükə yaradır. Hər dəfə müraciət edirik. Ancaq şikayətimizə baxan yoxdur”, - deyə sakinlərdən biri bildirib.

Şikayətçilər bildirir ki, problem təkcə bununla da bitmir. Həmçinin sürücülər kiçik həcmli avtobuslara həddindən artıq sərnişin yığır:

“Balaca avtobusa nə qədər adam doldururlar! İnsanları qınamaq olmur. Hamı bilir ki, axşam 8-dən sonra avtobus tapmaq mümkün deyil. Buna görə insanlar məcburi də olsa avtobusa minib evlərinə çatmaq istəyirlər”.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər