Bakının Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində qazın verilişində fasilə yaranıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Verilən məlumata görə, səhər saat 10:00-dan müşahidə olunan məhdudiyyət sözügedən ərazidə təmir-tikinti işləri ilə bağlıdır.