Sakinlər ağcaqanadların sayından şikayət edirlər. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Belə ki, paytaxt əhalisi yay mövsümündə ağcaqanadların həddindən artıq çox olmasından narazıdır. Əsas da zirzəmilərinə su dolan binaların sakinləri ilboyu əziyyət çəkdiklərini bildirirlər. Onlar dezinfeksiya işlərinin aparılmamasından gileylənirlər.
Bakı Şəhər Dezinfeksiya Mərkəzindən məsələ ilə bağlı bildiriblər ki, ildə 2 dəfə - yaz-yay və payız-qış mövsümlərində paytaxtda kütləvi dezinfeksiya işləri aparılır.