“Oğlum olsa, atasız qız almaram” açıqlaması ilə gündəm olan "Kanal S"in aparıcısı Nigar Fərhad Amerikaya gedir.
Bakuplus.az xəbər verir ki, Nigar Fərhad ölkədən getdiyini şəxsi “Instagram” hesabında açıqlayıb.
"Hər şey qaydasındadır. Dəstək olanlara təşəkkür edirəm. Hamınızı çox sevirəm. Dəstəyinizə görə minnətdaram. Gələn həftənin ikinci günü Amerikaya uçuram. Üç həftəlik səyahətim var. Bir az sakitləşmək, oradakı dostlarıma, yaxınlarıma baş çəkmək istəyirəm. Efirə gəldikdə isə, efir olmayacaq", - N.Fərhad deyib.
Aparıcı paylaşımında, həmçinin baş verənlərdən sonra sakitləşmək üçün psixoloqa müraciət edəcəyini də vurğulayıb.
Qeyd edək ki, aparıcının efirdə səsləndirdiyi fikirlərə görə "Kanal S"in yayımı 24 saatlıq dayandırılıb.