Paytaxtın Nəsimi rayonu, Bülbül prospektində yerləşən yeraltı dayanacağın girişi dəyişdirilib. Bu haqda Xəzər Xəbər məlumat yayıb.
“”AF mall” Ticarət mərkəzinin altında yerləşən dayanacağın Bülbül prospektindən girişi bağlanıb.
Bundan sonra sürücülər yalnız Dilarə Əliyeva küçəsindən “Parking”ə daxil ola bilərlər. Buna görə də onlar, sağa Dilarə Əliyeva küçəsindən Rəşid Behbudov-Füzuli-Səməd Vurğun-Dilarə Əliyeva istiqamətindən dayanacağa daxil ola bilərlər.
Bakı Nəqliyyat Agentliyinin rəsmisi Mais Ağayev açıqlmasında bildirib ki, küçə onsuz da bir istiqamətlidir. Dilarə Əliyeva küçəsi ilə kəsişmədə isə düzünə və sola hərəkətə icazə var. Bu səbəbdən bu ərazidən dayanacağa giriş həm piyadaların hərəkətinə məneə olur, həm də sıxlıq yaradır.