Aparıcı və aktrisa Kəmalə Piriyeva Türkiyədə xəstəxanalıq olub.
Bakuplus.az xəbər verir ki, aktrisa yıxılaraq ayağını zədələyib.
Piriyeva Türkiyədə ilkin tibbi yardımın baha olmasından şikayətlənib. Belə ki, aparıcı klinikada müayinə və ayağının sarınması üçün 440 avro pul ödəyib.
Aktrisanın rejissor dostu Roman Yaşar təkcə ilkin müayinə üçün onlardan 250 avro istənildiyini bildirib.