Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, Salatın Əsgərova və Aşıq Ələsgər küçələrinin sakinləri yolsuzluqdan şikayət edirlər. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az ARB TV-yə istinadən xəbər verir.
Küçələrdə asfalt örtüyü olmadığından yayda toz, qışda isə palçıq olur. Əraziyə sərnişin avtobusu da gəlmir. Bundan əlavə, küçələrdə kanalizasiya sistemi də yoxdur. Bu da əlavə çətinliklər yaradır.
“Biz buradan 2 km yolu piyada getməliyik ki, avtobusa minək. 1 km-dən artıq yolu da su gətirmək üçün gedirik”, - deyə sakinlər bildirirlər.
Rəsmi qurumlar məsələ ilə bağlı bildiriblər ki, sözügedən küçələrin təmiri nəzərdə tutulub və işlərə artıq start verilib. Yaxın zamanlarda əraziyə yeni kanalizasiya xətti çəkiləcək və asfalt örtüyü vurulacaq.