top
Aydın Hüseynov: “Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər biznes mühitinin dəstəklənməsinə xidmət edir” – ÖZƏL AÇIQLAMA
17 dekabr 2024, 06:27
- ↺ +

Aydın Hüseynov: “Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər biznes mühitinin dəstəklənməsinə xidmət edir” – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin ötən gün keçirilən plenar iclasında bir sıra mühüm qanun layihələri III oxunuşda qəbul edilib.

Bunlardan biri “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsidir. Bu dəyişikliklər yerli istehsal avtobuslarının satışının ƏDV-dən azad edilməsi, mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50%-nin geri qaytarılması, bərpaolunan enerji layihələri ilə bağlı avadanlıqların idxalının vergidən azad edilməsi və dəmir yolu ilə daşınan tranzit yüklərin yol vergisindən azad edilməsi kimi məsələləri əhatə edir.

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir:

 

“Eyni zamanda, qanunvericilikdə edilən dəyişikliklər bərpaolunan enerji mənbələrindən istifadə sahəsində həyata keçirilən layihələrə investisiya qoyuluşunu stimullaşdırmaq, uzunmüddətli dövrdə dövlətin maliyyə yükünü azaltmaq, istehlakçılar üçün tariflərin aşağı salınmasını və daxili istehsalın dəstəklənməsi məqsədilə vergi azadolmalarını nəzərdə tutur”.

Millət vəkili qeyd edib ki, dəyişikliklərə əsasən, teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə sahələrdən əldə edilən mənfəətin 90 faizi 5 il müddətinə vergidən azad olunacaq:

“Eləcə də yerli istehsal avtobusların satışının ƏDV-dən azad edilməsi, insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50%-nin geri qaytarılması, bərpaolunan enerji layihələri ilə bağlı avadanlıqların idxalının vergidən azad edilməsi, dəmir yolu ilə daşınan tranzit yüklərin yol vergisindən azad edilməsi və digər məsələlər bura aiddir. Dövriyyələrin şəffaflaşdırılması və gəlirliliyin artırılması məqsədilə kiçik sahibkarlıq subyektlərinə də bir sıra güzəşt və azadolmaların tətbiqi nəzərdə tutulur. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması və həmin məhsulların qiymətlərinin artımının qarşısını almaq məqsədilə onların satışı üzrə ƏDV-nin ticarət əlavəsindən hesablanması rejiminin tətbiqi müddəti uzadılacaq.

Sahibkarlıq fəaliyyətinin, ölkədə rəqabətədavamlı neft məhsullarının istehsalının inkişafı üçün lazımi şəraitin yaradılması və daxili bazarın qorunması məqsədilə iri neft emalı zavodlarının modernləşdirilməsi işlərinin davam etdirildiyi nəzərə alınaraq onlar tərəfindən avadanlıqların və materialların idxalı ƏDV-dən azad olunacaq. Həmçinin xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin 2025-ci ilin yanvar ayının 1-dən etibarən 2 il müddətinə yol vergisindən azad edilməsi nəzərdə tutulur”.

A.Hüseynov bildirib ki, vergi nəzarətini artırmaq məqsədilə “Nağdsız hesablaşmalar haqqında” qanunda da dəyişiklik edilir:

“Belə ki, 2025-ci ildən etibarən ƏDV ödəyiciləri və dövriyyəsindən 8 % dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin 2 %-dən artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir”.

Nəzrin Vahid

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər