Bakının Binəqədi rayonunda aparılan yoxlamalar zamanı içməli sudan qanunsuz istifadə halları aşkarlanıb. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən məlumat verir.
Yoxlamalar zamanı Zəngəzur küçəsində sahibkara məxsus tikilməkdə olan 7 apartament tipli binada, Məlikaslanov küçəsi, 6-cı döngədə bir sahibkara məxsus “Fədək bağı” meyvə-tərəvəz satışı və ət kəsimi məntəqəsində qeyri-qanuni xətlər aşkar olunub.
Həmin xətlər qəza briqadası tərəfindən kəsilərək ləğv olunub.