Bakının Binəqədi rayonu, "Azadlıq prospekti" metro stansiyasının çıxışında yerləşən köşklərdən birində energetik içkilər və sular günəşin şüaları altında saxlanılır. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Bakı Gündəliyi Facebook səhifəsinə istinadən məlumat verir.
Köşkün yaxınlığında qablaşdırılmış içkilər sıra ilə səkidə düzülüb, nəticədə səkinin gediş-gəliş hissəsi daralıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəsmisi Zeyni Hüseynov müvafiq tədbirlər görüldüyünü deyib.