top
Azərbaycanda çayın istehsalı niyə azalıb? – Ekspertdən ÖZƏL AÇIQLAMA
28 mart 2025, 07:06
- ↺ +

Azərbaycanda çayın istehsalı niyə azalıb? – Ekspertdən ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 1540.6 ton çay istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, çay istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.7% azalıb.

Hesabat dövründə ölkəyə 18 milyon 610 min ABŞ dolları dəyərində 3047 ton çay idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2.1 dəfə, həcm ifadəsində isə 73% artıb.

Qeyd edək ki, cari ilin ilk 2 ayında Azərbaycandan 1 milyon 105.9 min ABŞ dolları dəyərində 122.9 ton çay ixrac edilib. Çay ixracı 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə dəyər ifadəsində 20.8%, həcm ifadəsində isə ifadəsində 24.5% artıb.

Xatırladaq ki, çayın 1 kiloqramının orta ixrac qiyməti 15.3 manat, orta idxal qiyməti isə 10.4 manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ay Azərbaycanda 500 qramlıq yerli çayın orta satış qiyməti 12 manat 54 qəpik, 500 qramlıq idxal çayının orta pərakəndə satış qiyməti isə 13 manat 25 qəpik təşkil edib.

Azərbaycanda çay istehsalı azalıb, idxalı isə artıb. Bəs, görəsən, bunun əsas səbəbləri nədir? Bu, iqtisadiyyatımıza necə təsir edə bilər?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, çayın becərilməsi azalıb, idxalı artıb:

“O qədər də böyük rəqəmlər deyil. Kənd təsərrüfatı məhsullarının istehsalı iqlimlə bağlı olan məsələdir. Bir il məhsuldarlıq çox olanda, növbəti il az ola bilər. Davamlı olaraq yüksək məhsuldarlıq tələb etmək düzgün deyil. Manatın güclü qalması bəzən idxalı yerli istehsaldan daha sərfəli edir. Fikirləşməyək ki, özümüz istehsal etsək, daha ucuz və keyfiyyətli olacaq. Biz bunu gündəlik istifadə məhsullarında müşahidə edirik”.

“Azərbaycanda becərilən çay ölkə əhalisinin tələbatına cavab vermir. Azərbaycan davamlı olaraq Hindistandan, Cənub Şərqi Asiya ölkələrindən, Çindən, Şri-Lankadan çay idxal edir. Bu proses həmişə olub. Azərbaycanda çay cənubda yetişdirilir. Bu isə ölkənin tələbatına cavab verəcək həcmdə deyil.

Manatın da davamlı güclü saxlanılması yerli istehsalı baha edir. Daha əlverişli qiymətlər ilə idxal etmək mümkün olanda sahibkarlar idxala üstünlük verir”, - deyə X.Kərimli fikrini tamamlayıb.

Nəzrin Vahid

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Bu gün, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Bu gün, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər