top
Azərbaycanda həkimlərə reseptlə bağlı xəbərdarlıq: Bunu etsələr cərimələnəcəklər
19 dekabr 2024, 02:03
- ↺ +

Azərbaycanda həkimlərə reseptlə bağlı xəbərdarlıq: Bunu etsələr cərimələnəcəklər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qida əlavələrinin reseptə yazılmasına görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Layihəyə əsasən, bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə ediləcək. Hazırda bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə edilir.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi Mahmud Yusifov iqtisadiyyat.az-a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən, resept elektron formada tərtib olunur və bu zaman xəstəliyin diaqnozu göstərilməlidir.

Onun sözlərinə görə, diaqnozu müəyyən edilmiş xəstəliyin müalicəsi üçün yalnız dərman vasitələrindən istifadə oluna bilər: “Bioloji aktiv qida məhsulları xəstəliyin müalicəsində istifadə olunmur və onlar yalnız dəstəkləyici əhəmiyyət daşıyır. Hazırda Azərbaycanda elektron resept sistemi tətbiq olunur və bu faktor nəzarəti gücləndirməyə imkan verir. Nəzərinizə çatdırmaq istəyirik ki, Səhiyyə Nazirliyinin tabeliyindəki bütün qurumlar elektron resept sisteminə keçid ediblər. Apteklərdə məhsullar çeşidi genişdir və yalnz dərman vasitələri ilə məhdudlaşmır. Bu o demək deyil ki, aptekdə satılan hər məhsul reseptə yazıla bilər”.

M.Yusifov vurğulayıb ki, reseptin yazılması tibbi prosedurun bir parçasıdır: “Aptek isə sahibkarın öz hüquqları daxilindədir. Dövlət orqanlarına hüquqi və fiziki şəxslər tərəfindən daxil olan müraciətlər əsasında, habelə tərəfimizdən aparılan yoxlamalarda bioloji aktiv qida məhsullarının reseptlərə yazılması halı aşkar edilərsə, bu zaman protokol tərtib olunur. Səhiyyə Nazirliyi vasitəsilə tərtib edilmiş protokollar məhkəmə orqanlarına göndərilir. Bir daha vətəndaşlara səslənirik ki, belə halla rastlaşdıqları təqdirdə Analitik Ekspertiza Mərkəzinin bir pəncərə sektoruna (pharma.az) və ya qaynar xəttinə (596 07 12) müraciət edə bilərlər”.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər