top
Azərbaycanda veqan restoranları NİYƏ AZDIR? 
06 dekabr 2024, 04:01
- ↺ +

Azərbaycanda veqan restoranları NİYƏ AZDIR? 

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu günlərdə ölkəmizdə olan Beynəlxalq Veqan Assosiasiyasının rəsmisi Elena Qramm maraqlı açıqlama verib. O bildirib ki, Azərbaycanda sağlam həyat tərzinin təbliğ edilməsi, insanların daha çox bitki əsaslı qida məhsullarına üstünlük verməsi üçün ölkədə yeni veqan restoranlarının fəaliyyət göstərməsi vacibdir:

"Veqan qidalanma təkcə heyvanların qorunması üçün deyil, həm də insanların sağlamlığı üçün böyük faydalar gətirir. Bu yanaşma ilə Azərbaycanda yeni və maraqlı qida mədəniyyəti yarada bilərik".

Elena Qrammın fikrincə, Azərbaycanda veqan restoranlarının fəaliyyətə başlaması həm turizm sektoruna, həm də sağlam qidalanma mədəniyyətinin yayılmasına mühüm töhfə verəcək.

Bəs Azərbaycanda veqan restoranları niyə azdır?

Mövzu ilə bağlı bizim.media-ya açıqlama verən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki,  ölkəmizdən veqan və vegetarian qidalanma son dönəmlər dəb halını alıb:

“Bəzi insanlar müəyyən səbəblər üzündən bu qidalanma tərzinə keçiblər. Belə hallar kütləvi olmadığından və tələbat azlığından Azərbaycanda veqan restoranlar yox dərəcəsindədir. Amma paytaxtın mərkəzi hissəsində bir neçə veqan restoran var ki, onlar ancaq veqan qidalar təklif edirlər. Nəzərə alaq ki, dünyada veqan qidalanmaya çox böyük maraq var. Burada qlobal sağlamlıq əsas götürülür.

Eyni zamanda, ətraf mühitə diqqət baxımından da bu məsələ önə çıxır. Ona görə də ekoloji məsələləri prioritet elan edən ölkəmizdə də veqan qidalanmanın təşviqi çox vacibdir.

Düşünürəm ki, veqanların sayı artdıqca müvafiq restoranların da sayı çox alacaq.

Amma bir məsələ var ki, bəzi insanlar heyvan mənşəli qidalardan tamamilə imtina edirsə, bu onların sağlamlığında müəyyən fəsadlara yol aça bilər. Bu da vitamin və mineral balansının pozulmasını, zülal çatışmazlığına və digər xəstəliklərə səbəb ola bilər. Ona görə də veqan və vegetarian qidalananlar balansı təmin edəcək şəkildə qidalanmalıdır. Əks-təqdirdə gələcəkdə orqanizmdə  vitamin çatışmazlığı ilə əlaqəli müəyyən xəstəliklər baş qaldıra bilər”.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər