top
Azərbaycanda yeni tikilən binalarda mənzillər ucuzlaşacaq – YENİ QANUN
05 dekabr 2024, 23:48
- ↺ +

Azərbaycanda yeni tikilən binalarda mənzillər ucuzlaşacaq – YENİ QANUN

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Vergi Məcəlləsinə təklif edilən son dəyişiklik tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azalmasına gətirib çıxaracaq”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu, xüsusən də inşaat şirkətlərinin mənfəət vergisi üzrə yükünün azalmasına imkan verəcək:

“Çünki nəzərə alsaq ki, gəlirlərə satılan mənzilin müqavilə üzrə tam dəyəri daxil deyil. Misal üçün, mənzilin qiyməti 100 min manatdırsa, işin yerinə yetirilmə həcminə uyğun 70 min manat götürülübsə, o zaman 70 min manat gəlir bəyan ediləcək. Həmin bəyan edilən gəlirdən faktiki xərc bütövlükdə çıxılacaq. Nəticədə bu imkan verəcək ki, bütövlükdə inşaat şirkətinin mənfəət üzrə vergi yükü azalsın və bu da onun sərəncamında daha çox vəsaitin qalmasına imkan yaradacaq”.

Deputat söyləyib ki, bu xüsusən də inşası tam başa çatmayan mənzillər üzrə vergi yükünün və vergi ödənişlərinin azalmasına imkan yaradacaq:

“Bu kontekstdə götürdükdə dəyişiklik bütün inşaat sektorunda canlanmaya xüsusi təsir göstərəcək. Bu eyni zamanda inşa edilən binalarda tikintisi başa çatmamış mənzillərdə də qiymətin azalmasına gətirib çıxara bilər, həmin mənzillərin daha optimal qiymətə təklif edilməsinə imkan yarada bilər. Çünki əvvəlki illərdən fərqli olaraq 2025-ci ildən faktiki yerinə yetirilən iş nəzərə alınmaqla vergi hesablanacaq. Bu da inşa edilən binalarda sahibkarların vergi yükünün və xərclərinin azalmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisin 27 noyabrda keçirilən plenar iclasında birinci oxunuşda qəbul edilib. Dəyişikliyə əsasən, bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşir.

Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Layihəyə əsasən, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi qaydasının tənzimlənməsi məqsədilə Vergi Məcəlləsinin 130.6-cı maddəsinə tənzimləmə əlavə edilir. Beləliklə, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi aşağıdakı qaydada aparılacaq:

- tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir;

- həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə aid edilir;

- faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Oxşar xəbərlər