Bakı ətrafındakı bağ evlərinin icarə qiymətləri aşağı düşüb. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
Belə ki, turistlər və yerli sakinlər yay aylarında bağ evlərinə üstünlük verirlər. Buna görə bu vaxtlarda həmin evlərin icarə qiymətləri kəskin artmalıdır. Əmlakçıların sözlərinə görə, qiymətlər 1000-10.000 AZN arası dəyişir. Ancaq bu il evlərə tələbat azalıb.
“Bu vaxtlar bağ evlərini icarə götürənlərin sayı maksimim həddə çatırdı. İndi isə Mərdəkan zonasında, demək olar ki, tamamilə maraqlanan yoxdur”, - deyə əmlakçılar bildirirlər.
Onların sözlərinə görə, bu kimi evləri, əsasən, turistlər və ya Rusiyadan gələn azərbaycanlılar götürürlər. Quru sərhədlərin bağlı olması səbəbindən isə onların ölkəyə gəlişi çətinləşib. Yerli əhali isə daha çox rayonlara üz tutur.
Evlərə tələbatın azalmasına baxmayaraq, qiymətlərdə kəskin eniş müşahidə edilmir.