Səbail rayonunda qaz boruları dəyişdirilir. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Hazırda adıçəkilən rayonun Badamdar qəsəbəsi, Şərq küçəsində yerləşən qazpaylayıcı stansiyanın yanında qazıntı işləri aparılır. Köhnə borular çıxarılaraq yeniləri ilə əvəz olunur.
Yenidənqurma işlərinin bir neçə gün davam edəcəyi gözlənilir.