top
Bahalaşma və şadlıq sarayları: “Ramazana görə sifarişlər azalıb” - SORĞU
13 mart 2025, 07:00
- ↺ +

Bahalaşma və şadlıq sarayları: “Ramazana görə sifarişlər azalıb” - SORĞU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda şadlıq sarayları və restoranların menyu qiymətlərinin artması son zamanlar daha çox müzakirə olunan mövzulardan biridir. Bəziləri bunu Ramazan ayına görə sifariş sayının azlığı ilə əlaqələndirirlər. Həqiqətən də, Ramazan ayında mərasimlərin sayının azalması, xidmət sahəsindəki şirkətlərin daha az gəlir əldə etməsi və müvafiq olaraq, xərcləri balanslaşdırmaq üçün qiymətləri artırması ehtimalı mövcuddur.

Maraqlıdır, restoranlarda menyu qiymətlərinin artmasının səbəbi nədir?

Bununla bağlı Bakuplus.az-ın əməkdaşı restoranlar arasında sorğu keçirib.

8-ci km qəsəbəsi ərazisində yerləşən şadlıq saraylarından birinin səlahiyyətlisinin sözlərinə görə, minimum menyu qiyməti 55 manatdan başlayır:

“Qiymətlər ziyafətdə iştirak edəcək şəxslərin sayına görə dəyişir. Ramazan ayı olmağına baxmayaraq, müraciət edənlər var. Menyu qiymətinin yüksək olduğunu düşünmürəm. Tələbat az deyil. Mərasimlərə görə də qiymətlər dəyişir”.

3-cü mikrorayonda yerləşən şadlıq sarayından verilən məlumata görə, tələbat çox aşağıdır:

“Ramazana görə sifarişlər bir qədər azalıb. Bu ayda toy etməyin qadağası yoxdur. Lakin insanların şüurunda elə qalıb ki, orucluqdur, toy etmək olmaz. Menyuların qiymətləri bizdə dəyişməyib. Artım olsa, əlimizdəki bir-iki toy sahibi də qaçacaq”.

7-ci mikrorayondakı restoranlardan birindən isə iaşə obyekti istifadəyə veriləndən menyu qiymətlərində dəyişiklik etmədikləri bildirilib:

“Tələbat xeyli azalıb. Bunu da Ramazan ayı ilə əlaqələndiririk. Bu ayda toy etmək olar. Amma orucluq ayında müraciət edən olmur. Tək-tük hallara rast gəlinir. Bu şadlıq sarayı açılandan minimum qiymət 50 manat üzərindədir. İllər boyu da bu şəkildə işləmişik. İnsanların cibini də fikirləşirik. Ümid edək ki, müraciət edən olar”.

Həmin ərazidə başqa bir restoran səlahiyyətlisi ümumi durğunluğun olduğunu söyləyib:

“Ramazan ayına görə tələbat düşüb. Müraciət edən ümumiyyətlə yoxdur. Bu ayda həmişə belə olur. Menyu 65 manatdan başlayır. Ümumi durğunluq var. Qiymətlə bağlı deyil”.

Babək prospektində digər bir restorandan verilən məlumata görə, menyu 70 manatdan başlayır:

“Menyu qiymətlərinin dəyişməsi gözləniləndir. Təbii prosesdir. Standart menyumuz 70 manatdan başlayır. Lakin müştəri sayı da az deyil”.

Növbəti şadlıq sarayından isə menyunun 45 manatdan başladığı qeyd olunub:

“Müraciətlər həddən artıq zəifləyib. Bizdə menyu qiyməti 45 manatdan başlayır. Qiymətləri qaldırmırıq. Çünki müştərilərin cibini nəzərə alırıq”.

Metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən başqa bir restoran səlahiyyətlisi toyda iştirak edən şəxslərin sayının azlığından xüsusilə şikayətlənib:

“Tələbat çox aşağıdır. Toy edən yoxdur. Əvvəlki illərə nisbətən göstərici çox aşağıdır. Qiymətlərlə ayaqlaşa bilmirik. Bazar od tutub yanır. Məcbursan ki, qiymətləri qaldırasan. O zaman da müştəri olmayacaq.

Bizdə qiymətlər 60 manatdan başlayır. İndi toy edən də, biz də ziyana düşürük. Çünki toya salınan 50 manat əvvəlki illərdəki 50 manatla bir deyil”.

Xətai rayonunda yerləşən restoranlardan biri başlanğıc menyunun 120 manat olduğunu bildirib:

“Bahalaşma menyu qiymətlərinə də öz təsirini göstərir. Standart menyu 120 manatdır. Müraciətlər bir qədər azalıb. Amma müraciət edənlər də az deyil”.

Digər bir şadlıq sarayında isə minimum menyu qiyməti 70-75 manatdır:

“Menyu qiymətlərinin dəyişməsi gözləniləndir. Təbii prosesdir. Standart menyumuz 70 manatdan başlayır. Lakin müştəri sayı da az deyil”.

Digər bir şadlıq sarayının nümayəndəsi isə sifariş olsa belə, qəbul etmədiklərini bildirib:

“Bu gün üçün müraciət edənlər var idi. Lakin biz qəbul etmədik. Toy etmək qadağa olmasa belə, qəbul etmirik. Çünki ən azı içki tələb edənlər olacaq. Bu ay ilə bağlı göstərişlərə əməl etmək lazımdır. İllərdir adəti qoruyub-saxlamışıq, bundan sonra da saxlayacağıq. Müraciət olsa da biz qəbul etmirik. Bu ayda olan durğunluğa görə qiymətləri qaldırmağı düşünmürük. Nədirsə, elə o olacaq”.

Müşahidələrdən aydın oldu ki, ən ucuz  menyu 45-50 manat arasındadır. Əvvəlki illərdəki 30-35 manat olan menyuya, demək olar, rast gəlinmir.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər