Bakının Nəsimi rayonunda 10 ilə yaxındır boş ərazi hasarlanıb. Bütün bu müddət ərzində orada heç bir iş aparılmayıb və ərazidə yerləşən ağaclar məhv olmaq üzrədir. Bu haqda ATV reportaj hazırlayıb.
Mustafabəy Topçubaşov küçəsində hasara alınmış ərazidə suvarma aparılmadığından, qurumaq təhlükəsi ilə üzləşən kifayət qədər ağac var. Sakinlər deyirlər ki, səhlənkarlıq ucbatından burada hətta yanğın da baş verib.
Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, buna səbəb ərazinin xüsusi mülkiyyətdə olmasıdır. Bu ünvanda uzun illərdir yaşayış binaları var idi. Daha sonra sahibkarlar sakinlərlə müqavilə imzalayaraq evlərinə görə kompensasiya ödəyib və ərazini özəlləşdiriblər. O vaxtdan bəri ərazidə tikinti işləri aparılmayıb. Qurum əlavə edib ki, işlər tezliklə başlayacaq.