Bakıda “booster” doza vaksinin vurulması barədə müşavirə keçirilib. Bu haqda 20 noyabr tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Tədbirin əsas məqsədi cəmiyyətdə kollektiv immunitetin yaradılması, epidemiya və pandemiyanın qarşısının alınmasıdır.
Nəsimi rayonunda bu işin səmərli şəkildə aparılması məqsədi ilə işçi qrupu yaradılıb. Onlar tərəfindən rayon ərazisindəki hər kəsə maarifləndirmə-izahat işinin daha da gücləndirilməsi, habelə digər zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Müşavirədə RİH başçısı Asif Əsgərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev, “Park 20 shopping” ticarət mərkəzinin rəhbəri Kamal İbrahimov və digərləri çıxış ediblər.