Bakı şəhəri Nəsimi rayonunda ümumi abadlaşdırılma layihəsi daha üç küçədə davam etdirilir. Bu haqda məlumatı Nəsimi rayonu İcra Hakimiyyətinin mətbuat xidməti bu gün, 16 noyabr tarixində qurumun rəsmi saytında yayıb.
H.Seyidzadə küçəsi 11,13,17,27a və 20 yanvar küçəsi 7a saylı binaların girişinin qapı və pəncərələri dəyişdirilir, yeni yağış suları axıdan navalça və borular quraşdırılır, özbaşına hasara alınmış sahələrin çəpərləri sökülür, binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
Tədbirlər çərçivəsində Hüseynbala Əliyev küçəsi 17 ünvanında sakinlərin müraciəti nəzərə alınaraq həyətdə asfalt örtüyü yenilənir.
Daha öncə abadlıq işləri rayonunun Alı Mustafayev küçəsi 3 və H.Seyidzadə küçəsi 27a saylı ünvanlarında keçirilmişdir.
[URIS id=14541]