Paytaxtın Nəsimi rayonunda təmir-bərpa işlərinə start verilib. Bu haqda 1 aprel tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
A.Məhərrəmov 45, 47 və Moskva prospekti 90, 92 saylı binalarda quruculuq və yenidənqurma işlərinə başlanılıb.
Binaları əhatə edən həyətdə də müvafiq işlər görülür. Belə ki, asfalt örtüyü salınır, qazon və tamet daşları vurulur, bordürlər və zibil qutuları quraşdırılır. Həyətin ərazisində söhbətgahlar, işıqlandırma sistemi, idman və uşaq meydançalarının yaradılması planlaşdırılır. Həmçinin oturacaqların quraşdırılması, avtomobillərin parklanması üçün xüsusi yerlərin ayrılması nəzərdə tutulub.
[URIS id=38954]