Nəsimi rayonunda çirkab suları məhəllələrə axıb. Bu haqda BakuPlus.az bu gün, 26 oktyabr tarixində xəbər verir.
Rayonun Hüseyn Seyidzadə küçəsində su borusunun partlaması nəticəsində binaların həyətinə çirkab suları axıb. Yolların daralması nəticəsində piyadaların hərəkəti çətinləşib.
Bəzi binaların giriş hissəsində də gölməçələr yaranıb.
Sakinlər aidiyyəti qurumlara məlumat veriblər.
[caption id="attachment_76456" align="alignnone" width="640"]
Foto BakuPlus.az[/caption]