Bakının Cəlil Məmmədquluzadə küçəsində (keçmiş Papanin küçəsi), həyətin ortasında təməl quyusu qazılıb. Bu haqda bu gün, 18 mart tarixində 1News məlumat verib.
Yerli sakinlərin sözlərinə görə, həmin quyu heç bir xəbərdarlıq edilmədən və ətrafı hasarlanmadan qazılıb.
“Bugünkü kimi yağıntılı havada sürüşüb bu çuxura düşmək olar. Qazılan yer xüsusilə qaranlıqda sakinlər üçün ciddi təhlükə yaradır”, - deyə yerli sakinlər bildirib.
Hazırda iki birmərtəbəli bina arasında bu dərin quyunun kim tərəfindən qazıldığı məlum deyil.