Bakıda “Məhəllə-məhəlləyə” futbol turniri keçiriləcək. Bu haqda 22 sentyabr tarixində Bakuplus.az məlumat verir.
“Məhəllə-məhəlləyə” 3x3 futbol turniri AFFA, İDEA İB-nin tərəfdaşlığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Cavan Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilir.
Gənclərin idmana marağını artırmaq və sağlam həyat tərzinə təşviq etmək məqsədi daşıyan turnir 24-25 sentyabr tarixlərində keçiriləcək. Final oyunu isə 2 oktyabr tarixində baş tutacaq.