Bakıda mağazaların birində maraqlı hadisə yaşanıb.
Bakuplus.az xəbər verir ki, müştəri qiyməti 1043 manat olan noutbukun dəyərini qəpiklərlə ödəyib.
Belə ki, mağazadan noutbuk əldə edən şəxs onun tam dəyərini 10 və 20 qəpikdən ibarət olan xırda pullarla ödəyəcəyini deyib. Mağazanın əməkdaşları buna etiraz etməyiblər. Satıcılar xeyli vaxt sərf etsə də, qəpikləri saymağa nail ola biliblər.