Bakıda “Azəriqaz” İB artıq ənənə halını almış “Açıq mikrofon” aksiyasını keçirəcək. Bu haqda 4 oktyabr tarixində BakuPlus.az xəbər verir.
7 oktyabr saat 15:00-da Xəzər rayonunda baş tutacaq aksiyada sahibkarlar da iştirak edəcəklər.
“Azəriqaz” İB-nin rəhbər şəxsləri Zirə qəsəbəsi, Seyid Əzim Şirvani, 40 ünvanında yerləşən Mədəniyyət Mərkəzində baş tutacaq. “Səyyar qəbul otaqları”nda baş tutacaq aksiyada sahibkarları maraqlandıran suallar cavablandırılacaq.
Səyyar qəbul otağı saat 16:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.